Shopping cart

  • Home
  • Hadisə
  • Maştağada fərdi yaşayış evində partlayış olub, iki nəfər yaralanıb
Hadisə

Maştağada fərdi yaşayış evində partlayış olub, iki nəfər yaralanıb

Email 12

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış olub.

“Qasid Media” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 100 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində evə ziyan dəyib, iki nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər