Shopping cart

  • Home
  • Hadisə
  • Xocalıda mina partlayışı: Xəsarət alan ANAMA əməkdaşı əməliyyat olunur
Hadisə

Xocalıda mina partlayışı: Xəsarət alan ANAMA əməkdaşı əməliyyat olunur

Email 23

Xocalı rayonunun Daşkənd kəndi ərazisində minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün sentyabrın 10-da saat 10:30-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.

“Sol aşıq baldır oynağı nahiyəsinin travmatik amputasiyası diaqnozu təyin edilən pasiyent üzərində hazırda əməliyyat icra olunur”, – deyə məlumatda bildirilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər