Shopping cart

  • Home
  • Dünya
  • İsveçrədə SES-də partlayış baş verib: xəsarət alanlar var
Dünya

İsveçrədə SES-də partlayış baş verib: xəsarət alanlar var

Email 23

Bu gün səhər saatlarında İsveçrənin cənubundakı “Ritom” su elektrik stansiyasında (SES) baş vermiş partlayış nəticəsində iki nəfər ağır xəsarət alıb.

“Qasid Media” xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 09:30-dan bir qədər sonra baş verib.

Tiçino kantonu polisinin məlumatına görə, hadisə nəticəsində iki nəfər ağır yaralanıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər, xilasedicilər və “Rega” şirkətinin helikopteri cəlb olunub.

“RescueMedia”nın məlumatına görə, partlayışdan sonra bina qismən çöküb.

Hadisənin başvermə səbəbləri və şəraiti müəyyənləşdirilir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər