Shopping cart

  • Home
  • Hadisə
  • Türkiyədə metro xəttinin kabellərində partlayış olub, sərnişinlər təxliyə edilib
Hadisə

Türkiyədə metro xəttinin kabellərində partlayış olub, sərnişinlər təxliyə edilib

Email 53

Türkiyənin İstanbul şəhərində M5 Üsküdar-Sultanbeyli Metro Xəttinin İhlamurkuyu stansiyasında kabellərdəki partlayış nəticəsində platformanı tüstü bürüyüb, sərnişinlər təxliyə edilib.

“Qasid Media” xəbər verir ki, məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, partlayışdan sonra stansiyanı tüstü bürüyüb. Qatarların hərəkəti dayandırılıb, sərnişinlər təxliyə edilib.

Məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadaları, təcili tibbi yardım heyəti cəlb olunub.

İnformasiyaya əsasən, İhlamurkuyu stansiyasında yaşanan nasazlıq səbəbindən metro xəttinin bəzi dayanacaqlarında da sıxlıq olub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər