Email 39
Türkiyədə ağır yol qəzası olub.
“Qadid Media” “Haber Global”a istinadən xəbərinə görə, hadisə Qaziantepdə qeydə alınıb.
Belə ki, sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşduqdan sonra aşıb. Qəza nəticəsində 7 nəfər ölüb, daha 13 nəfər yaralanıb.
Əraziyə təcili yardım, jandarm, xilasedicilər göndərilib.
Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.
Hadisənin başvermə səbəbi açıqlanmır. Araşdırma aparılır.










