Email 7
İsrail oktyabrın 8-də Şərqi Qüdsdəki Britaniya konsulluğunun fəaliyyətini dayandıracaq, lakin onun əməkdaşlarını ölkədən çıxarmayacaq.
“Qasid Media” “The Times”a istinadən xəbər verir ki, nümayəndəlik diplomatik statusunu itirəcək, bununla belə, orada çalışan 30-a yaxın Britaniya diplomatı xidmətini Təl-Əvivdəki səfirliyində davam etdirə biləcək.
Qərar diplomatların ailə üzvlərinin ölkədən çıxarılmasını nəzərdə tutmur.
Daha əvvəl London xəbərdarlıq etmişdi ki, konsulluğun bağlanmasına cavab olaraq 30 İsrail diplomatını Böyük Britaniyadan çıxara bilər.










