Email 6
Saatlı rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 yaşlı uşaq həyatını itirib.
“Qasid Media” APA-ya istinadla xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Qeyd olunub ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yoldan kənara yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan 5 yaşlı uşaq ölüb.
Faktla bağlı araşdırma aparılır.




