Shopping cart

  • Home
  • Dünya
  • Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var
Dünya

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Email 27

Suriyanın Dəra və Həsəkə əyalətlərində minaların partlaması nəticəsində 2 uşaq ölüb və 3 nəfər yaralanıb.

“Qasid Media” Suriya mediasına istinadən xəbər verir ki, Dəra əyalətinin Xirbət-Qəzalə şəhərində mina partlayışı zamanı 1 uşaq həlak olub, daha biri isə xəsarət alıb.

Dəra əyalətinin səhiyyə idarəsinin rəhbəri Xalid əl-Omayyan hər iki uşağın Dəra Milli Xəstəxanasına çatdırıldığını və onlara lazımi tibbi yardım göstərildiyini bildirib. Lakin onlardan biri sonradan aldığı ağır yaralardan dünyasını dəyişib.

Daha bir hadisə cümə günü Həsəkə əyalətində baş verib, burada mina partlayışı zamanı 12 yaşlı oğlan həlak olub, 12 və 14 yaşlı daha iki uşaq isə yaralanıb.

Uşaqların qohumunun sözlərinə görə, mina onlar taxıl anbarlarının yaxınlığında oynayarkən partlayıb.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər