Shopping cart

  • Home
  • İdman
  • Patrik Dorqu “Mançester Yunayted”də məşqləri bərpa edib
İdman

Patrik Dorqu “Mançester Yunayted”də məşqləri bərpa edib

Email 13

İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Patrik Dorqu sentyabrda Danimarka millisinin heyətində aldığı zədədən sonra ümumi qrupda məşqləri bərpa edib.

“Qasid Media” xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu noyabrın 2-də Karrinqtondakı bazada hazırlıq prosesinə qatılıb.

Lakin komandanın baş məşqçisi Maykl Kerrik danimarkalı oyunçunun UEFA Çempionlar Liqasının əsas mərhələsində “Roma”ya qarşı keçiriləcək matçda iştirak etməyəcəyini bildirib.

Müdafiəçi ilə yanaşı, Fil Dişi Sahilindən olan 24 yaşlı hücumçu Amad Diallo da məşqlərə qayıdıb.

Qeyd edək ki, P.Dorqu 2025/2026 mövsümündə keçirdiyi 28 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər