Shopping cart

  • Home
  • İqtisadiyyat
  • Dövlət Turizm Agentliyi gələn il büdcədən 42 milyon manat alacaq
İqtisadiyyat

Dövlət Turizm Agentliyi gələn il büdcədən 42 milyon manat alacaq

Email 3

2027-ci ildə ​Azərbaycanda dövlət büdcəsindən turizm imkanlarının genişləndirilməsi və stimullaşdırılması üçün 42,1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

“Qasid Media” xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib.

Büdcə zərfinə əsasən, həmin vəsaitin 25,1 milyon manatı ölkənin turizm potensialının genişləndirilməsi üçün marketinq və kommunikasiya planının icrasına, 3,5 milyon manatı xarici populyar televiziya şirkətləri vasitəsilə respublikamızın turizm imkanlarının təbliğinə, 13,5 milyon manatı isə turizm sahəsi üzrə digər xərclərə yönəldiləcək. 

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər