Shopping cart

  • Home
  • Gündəm
  • SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Gündəm

SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Email 27

Gözlənilən qeyri-sabit və küləkli hava şəraiti ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

“Qasid Media” xəbər verir ki, bu barədə İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təhlükəli işlərin icrası məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması məqsədilə qabaqlayıcı tədbirlər görülüb. Bütün tədbirlər əvvəlcədən müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun həyata keçirilir.

Bütün sahələrdə müvafiq maarifləndirmə aparılır və mövcud vəziyyət nəzarətdə saxlanılır.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər