Shopping cart

  • Home
  • Dünya
  • Portuqaliyada etiraz aksiyaları bu həftə bərpa olunacaq
Dünya

Portuqaliyada etiraz aksiyaları bu həftə bərpa olunacaq

Email 33

Portuqaliyada mənzil çatışmazlığı və daşınmaz əmlak qiymətlərinin artması ilə əlaqədar etiraz aksiyaları bu həftə bərpa ediləcək.

“Qasid Media” xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Belə ki, paytaxt Lissabonda nümayişçilər daha əvvəl qurduqları düşərgəni polisin təzyiqi ilə dağıtmağa məcbur edildikdən sonra Daxili İşlər Nazirliyinin qadağasına baxmayaraq bu gün Rossio meydanında yenidən düşərgə salacaqlarını vəd ediblər.

Bundan başqa, Portu şəhərində nümayişçilər oktyabrın 24-nə qədər toplaşmamaq qərarına gəliblər. Məhz həmin günə ölkənin müxtəlif şəhərlərində irimiqyaslı nümayişlər planlaşdırılıb.

Bu arada, Rossio meydanındakı etiraz düşərgəsində saxlanılan və sonradan girov müqabilində sərbəst buraxılan 55 nəfərin işi məhkəmədə araşdırılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər