Shopping cart

  • Home
  • Dünya
  • Polşada İkinci Dünya müharibəsi dövrünə aid bombaya görə 3 minə yaxın sakin təxliyə edilib
Dünya

Polşada İkinci Dünya müharibəsi dövrünə aid bombaya görə 3 minə yaxın sakin təxliyə edilib

Email 33

Polşanın Vrotslav şəhərinin təxminən 3 min sakini İkinci Dünya müharibəsi dövrünə aid 250 kiloqramlıq aviabombanın zərərsizləşdirilməsi əməliyyatı səbəbindən öz evlərini tərk etməli olub.

“Qasid Media” xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.

“Bombanın zərərsizləşdirilməsi ilə bağlı potensial təhlükə ilə əlaqədar şəhər rəhbərliyi əməliyyatın keçirildiyi yerdən 300 metr radiusda insanların təxliyə edilməsi qərarına gəlib”, – fövqəladə xidmətlərdən bildirilib.

Partlamamış qurğu mehmanxana-ofis kompleksinin tikinti meydançasında aşkarlanıb. Bombanın zərərsizləşdirilməsi əməliyyatı ictimai nəqliyyatın və dəmir yolu daşımalarının fəaliyyətində ciddi fasilələrə səbəb olub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər