Shopping cart

  • Home
  • Dünya
  • Mavrikidə kütləvi iğtişaşlardan sonra məktəblər bağlanıb
Dünya

Mavrikidə kütləvi iğtişaşlardan sonra məktəblər bağlanıb

Email 57

Mavrikinin bir sıra rayonlarında oktyabrın 13-ü polis əməkdaşının gənc qadını yaralaması nəticəsində baş verən kütləvi iğtişaşlardan sonra məktəblər bağlanıb.

“Qasid Media” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi bildirib.

Yerli medianın məlumatına görə, hadisə oktyabrın 9-u axşam saatlarında, 27 yaşlı Elodi Tomas işdən qayıdarkən baş verib. Bədənindəki güllənin çıxarılması üçün zərərçəkən üzərində cərrahi əməliyyat aparılıb. Atəş açılması ilə əlaqədar polis serjantına ilkin ittihamlar irəli sürülüb. 

Oktyabrın 12-si axşam saatlarında etirazçılar ölkənin bir neçə rayonunda avtomobil təkərlərini yandırıb və yolları bağlayıblar, polis aksiyaya müdaxilə edib.

Baş nazirin dəftərxanasından bildirilib ki, vəziyyət artıq normallaşıb və dövlət xidmətləri adi rejimdə işini bərpa edib.

Bununla belə, ölkənin Təhsil Nazirliyi məktəblərdə dərslərin bərpa olunma tarixini hələ dəqiqləşdirməyib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər