Shopping cart

  • Home
  • Dünya
  • Lukaşenko: Ukraynadakı müharibə yaxın aylarda başa çata bilər
Dünya

Lukaşenko: Ukraynadakı müharibə yaxın aylarda başa çata bilər

Email 16

Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Rusiya-Ukrayna müharibəsi yaxın aylarda başa çata bilər.

“Qasid Media” BELTA-ya istinadən xəbər verir ki, o, bu barədə Avrasiya təhlükəsizliyi üzrə IV Minsk Beynəlxalq Konfransında bildirib.

“Ukraynadakı müharibə yaxın aylarda başa çatacaq. Bu mənim şəxsi fikrimdir. Vəssalam: güc yoxdur, resurs yoxdur, hamı yorulub”, – Belarus lideri deyib.

A.Lukaşenko həmçinin hesab edir ki, münaqişənin daha da gərginləşməsi üçüncü dünya müharibəsinə gətirib çıxara bilər:

“Əgər biz dayanmasaq, eskalasiya yolu ilə getsək, mütləq üçüncü dünya müharibəsinə gəlib çıxacağıq. Bunun nə ilə bitəcəyini artıq böyük siyasətçilər də ucadan deyirlər. Okeanın o tayında isə nüvə zərbəsindən gizlənə bilməzsən”.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər