Shopping cart

  • Home
  • İdman
  • Lionel Skaloni Argentina yığması ilə yeni müqavilə imzalamağa yaxındır
İdman

Lionel Skaloni Argentina yığması ilə yeni müqavilə imzalamağa yaxındır

Email 37

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni ölkənin futbol assosiasiyası ilə yeni müqavilə imzalamağa yaxındır.

“Qasid Media” insayder Nikolo Şiraya istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə yeni sözləşmə 2030-cu il dünya çempionatının sonunadək nəzərdə tutulacaq.

Hazırkı anlaşmanın müddəti 2026-cı ilin dekabrında başa çatır. Mütəxəssis 2018-ci ilin yayından yığmaya rəhbərlik edir.

Onun çalışdığı dövrdə milli 2022-ci il dünya çempionatının qızıl medallarına sahib çıxıb və iki dəfə Amerika Kubokunda qalib gəlib. Son dünya birinciliyində Argentina komandası Skaloninin başçılığı altında finaladək irəliləyib və həlledici qarşılaşmada İspaniya seçməsinə uduzub.

Qeyd edək ki, kollektiv onun idarəçiliyi ilə keçirdiyi 104 matçda 80 qələbə qazanıb, 14 heç-heçə edib və 10 məğlubiyyətlə üzləşib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər