Shopping cart

  • Home
  • Gündəm
  • “International Leasing”in səhmləri üzrə hərracın tarixi açıqlanıb
Gündəm

“International Leasing”in səhmləri üzrə hərracın tarixi açıqlanıb

Email 7

Oktyabrın 5-də “Bakı Fond Birjası” QSC-də (BFB) “İnternational Leasing” ASC-nin 1 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qasid Media” bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 50 manat olan 20 000 ədəd səhm kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Səhmlərə abunə yazılışı 30 sentyabr-2 oktyabrda həyata keçiriləcək.

Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, “International Leasing”in nizamnamə kapitalı 1 milyon manat və yaxud 2 dəfə artaraq 2 milyon manata çatacaq.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər