Shopping cart

  • Home
  • Gündəm
  • Haluk Kayabaşı: “Azərbaycan-Türkiyə birgə sənaye potensialının yaradılması vacibdir”
Gündəm

Haluk Kayabaşı: “Azərbaycan-Türkiyə birgə sənaye potensialının yaradılması vacibdir”

Email 5

Orta Dəhlizin uzunmüddətli perspektivdə davamlı inkişafı təkcə logistika imkanlarının artırılması ilə yox, həm də regional istehsal ekosistemlərinin inteqrasiyası ilə müəyyən ediləcək.

“Qasid Media” xəbər verir ki, bunu “Kibar Holding”in baş direktoru Haluk Kayabaşı II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.

O vurğulayıb ki, bu gün açılan əsas imkan ticarət həcminin artırılmasından daha çox, birgə sənaye potensialının formalaşmasından ibarətdir: “Xüsusilə tikinti materialları istehsalı, metal emalı, alüminium sənayesi, qablaşdırma istehsalı və avtomobil komponentlərinin buraxılışı kimi sahələrdə regionda ölkələrarası ixtisaslaşma əsasında istehsal şəbəkələrinin formalaşması bu dəhlizin uğurlu fəaliyyəti üçün həlledici əhəmiyyət kəsb edir”.

“Kibar Holding”in baş direktoru xatırladıb ki, 2025-ci ilin yekunlarına görə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 5,7 milyard ABŞ dolları səviyyəsinə çatıb: “Hər iki dövlətin liderləri ortamüddətli perspektivdə bu göstəricini 15 milyard ABŞ dollarına çatdırılması vəzifəsini müəyyən ediblər. Ötən dövr ərzində Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa kapital qoyuluşları 18 milyard ABŞ dollarını ötüb. Azərbaycanın Türkiyəyə investisiyaları isə 21 milyard ABŞ dolları səviyyəsinə çatıb”.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər