Email 4
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanın kollektor agentliyi – “KollektA” ASC-nin 205 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Qasid Media” xəbər verir ki, hər birinin nominal dəyəri 410 manat olan 500 ədəd səhm abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 3 investor 205 min manatlıq 3 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Bununla da, “KollektA”nın nizamnamə kapitalı 51 dəfə artaraq 4,1 min manatdan 209,1 min manata çatıb.










