Shopping cart

  • Home
  • Gündəm
  • Gürcüstandan azərbaycanlı da daxil olmaqla 55 əcnəbi ölkədən çıxarılıb
Gündəm

Gürcüstandan azərbaycanlı da daxil olmaqla 55 əcnəbi ölkədən çıxarılıb

Email 23

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 55 əcnəbini ölkədən deportasiya ediblər.

“Qasid Media” xəbər verir ki, tədbirlər ölkə DİN-in digər aidiyyəti dövlət qurumları ilə koordinasiya şəraitində həyata keçirilib.

Miqrasiya Departamentinin məlumatına görə, kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Rusiya, Türkmənistan, Özbəkistan, Azərbaycan, Pakistan, Somali, Ermənistan, Sudan, Tailand, Misir, İraq və digər ölkələrdən olan ümumilikdə 55 əcnəbi Gürcüstandan çıxarılıb.

Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər