Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycan və Gürcüstan aqrar əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
Gündəm

Azərbaycan və Gürcüstan aqrar əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib

Email 12

Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov ilə Gürcüstanın Quriya bölgəsi üzrə dövlət nümayəndəsi Giorgi Qurdjumelidze arasında görüş keçirilib.

“Qasid Media” xəbər verir ki, görüş sentyabrın 22-də Quriya bölgəsinin inzibati mərkəzi Ozurqetidə dövlət nümayəndəliyinin inzibati binasında baş tutub.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətləri, regionlararası əməkdaşlığın genişləndirilməsi, aqrar sahədə əlaqələrin inkişafı və qarşılıqlı investisiya imkanları müzakirə olunub.

Tərəflər Quriya bölgəsinin, xüsusilə fındıqçılıq sahəsində potensialını qeyd ediblər. Azərbaycanlı sahibkarların regiona investisiya yatırması, həmçinin iki ölkənin iş adamları arasında “Aqro Biznes Forumları”nın keçirilməsi imkanları müzakirə olunub.

Görüş zamanı regional əməkdaşlığın daha da inkişaf etdirilməsi və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər