Shopping cart

  • Home
  • Hadisə
  • Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb
Hadisə

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

Email 22

Gürcüstanın cənub-qərbində 3,1 maqnitudalı zəlzələ baş verib.

“Qasid Media”ölkənin Yer Elmləri İnstitutu – Milli Seysmik Monitorinq Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar saat 22:20-də Dmanisi şəhərindən 19 kilometr, Tbilisidən isə 62 kilometr məsafədə yerləşən Məmişli kəndi yaxınlığında baş verib.

Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Gürcüstanın Dmanisi bələdiyyəsinə daxil olan Məmişli kəndində minə yaxın insan yaşayır. Kənd əhalisinin 99%-i azərbaycanlılardır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər