Shopping cart

  • Home
  • Dünya
  • Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 14 nəfəri saxlayıb
Dünya

Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 14 nəfəri saxlayıb

Email 34

Stepanavanda (Ermənistan) saxlanılan 14 nəfər Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“Axtarışlar və digər prosessual hərəkətlər Korrupsiyaya Qarşı Mübarizə Komitəsində həyata keçirilən cinayət icraatı çərçivəsində aparılır. 14 nəfər saxlanılıb. Zərurət yaranarsa, əlavə məlumat veriləcək”, – komitədən bildirilib.

Oktyabrın 21-i səhər saatlarında eyniadlı fraksiyanın deputatı Andranik Gevorqyan Stepanavanda genişmiqyaslı axtarışların aparıldığını və “Güclü Ermənistan” partiyasının tərəfdarlarının saxlanıldığını bildirib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər