Shopping cart

  • Home
  • Dünya
  • Paşinyanın aparatının xərcləri 2027-ci ildə 6,4 % azaldılacaq
Dünya

Paşinyanın aparatının xərcləri 2027-ci ildə 6,4 % azaldılacaq

Email 9

Ermənistanın Baş naziri aparatının xərcləri 2027-ci ildə 1,6 milyard dram (6,4 %) azalaraq 24,2 milyard dram (66,4 milyon dollar) təşkil edəcək.

“Qasid Media” Ermənistan mediasına istinadən xəbər verir ki, bu, ölkənin gələn il üçün dövlət büdcəsi layihəsində nəzərdə tutulub.

Xüsusən, dövlət sektorunun modernləşdirilməsi proqramının maliyyələşdirilməsi 2,1 milyard dram (5,75 milyon dollar) azalacaq. Cari və protokol xərcləri 630 milyon dollar (1,73 milyon dollar) azalaraq 7,2 milyard dram (təxminən 20 milyon dollar) təşkil edəcək. Eyni zamanda, Ermənistanın beynəlxalq məhkəmələrdə maraqlarının müdafiəsi xərcləri əhəmiyyətli dərəcədə artacaq. Bu məqsədlə 4,75 milyard dram (13 milyon dollar) ayrılması planlaşdırılır ki, bu da 2026-cı illə müqayisədə 870 milyon dram (2,38 milyon dollar) çoxdur.

Bununla yanaşı, prezident və parlament aparatlarının maliyyələşdirilməsi artacaq. Dövlət başçısının aparatının xərcləri təxminən 11 % artaraq 1,79 milyard drama (4,9 milyon dollar), parlamentin xərcləri isə 8,5 % artaraq 7,59 milyard drama (20,8 milyon dollar) çatacaq.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər