Shopping cart

  • Home
  • Gündəm
  • Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vurulub
Gündəm

Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vurulub

Email 50

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara təqribən 72 min manat məbləğində ziyan vurulub.

“Qasid Media” xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Vunqtau küçəsi, Sumqayıt şəhəri 4-cü məhəllə və Abşeron rayonu Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 940 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər