Email 21
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
“Qasid Media”nın məlumatına görə, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.
Belə ki, “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında park edilmiş “Opel”, “Hyundai”, “Toyota”, “Mercedes” və “Range Rover” markalı avtomobillərə çırpılıb.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.










