Shopping cart

  • Home
  • Hadisə
  • Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb
Hadisə

Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb

Email 52

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində vətəndaşın tikilinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Qasid Media” xəbər verir ki, bu badədə FHN-in Mətbuat xidmətindən bildirib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaş, 1985-ci il təvəllüdlü Məmmədov Məhəbbət İldırım oğlunun tikilinin damında təmir işləri apararkən müxtəlif dərəcəli xəsarətlər alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər təhlükəli vəziyyətdə qalan şəxsə yerində ilkin yardım göstərdikdən sonra xüsusi xilasetmə vasitələrinin köməyi ilə aşağı endirərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər