Email 11
“Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında həqiqi qardaşlıq münasibəti var”.
“Qasid Media” “Haber Global” telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var. Ömer Çelik qeyd edib ki, həmin ölkələrin məqsədlərinə çatmasına imkan verilməyəcək.










