Shopping cart

  • Home
  • Dünya
  • Yəmən husilərin yaşayış rayonlarını minalamasına qarşı BMT-yə müraciət edib
Dünya

Yəmən husilərin yaşayış rayonlarını minalamasına qarşı BMT-yə müraciət edib

Email 26

Yəmənin Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramını (BMTİP) ölkənin yaşayış rayonlarının husilər tərəfindən minalanmasını dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

“Qasid Media” “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib.

Nazirlik, xüsusilə kənd və digər yaşayış məntəqələrində minaların genişmiqyaslı şəkildə və konkret hədəf seçilmədən yerləşdirilməsini pisləyib. Qurum bu cür əməllərin humanitar nəticələrinə görə bütün məsuliyyəti husilərin üzərinə qoyub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər