Shopping cart

  • Home
  • Dünya
  • UEFA və dünya konfederasiyaları İnfantinoya etimadsızlıq votumu irəli sürə bilər
Dünya

UEFA və dünya konfederasiyaları İnfantinoya etimadsızlıq votumu irəli sürə bilər

Email 81

Ən böyük beynəlxalq futbol konfederasiyaları, futbol üzrə dünya çempionatındakı payın özəl investorlara satılması təklifi ilə bağlı yaranan narazılıqdan sonra FİFA Prezidenti Canni İnfantinonun istefasına nail olmaq məqsədilə ona etimadsızlıq votumu irəli sürmək imkanını müzakirə edirlər.

“Qasid Medi”Reuters”ə istinadən xəbər verir ki, bu barədə müzakirələrin gedişatından xəbərdar olan yüksək vəzifəli mənbələr məlumat verib.

Agentliyin məlumatına görə, UEFA, Asiya Futbol Konfederasiyası (AFC) və Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Futbol Konfederasiyası (CONCACAF) etimadsızlıq votumu irəli sürməyi nəzərdən keçirir.

“Çıxış yolu yoxdur. Ya o, sülh yolu ilə gedib mart ayında namizədliyini irəli sürməmək qərarına gələcək, ya da sərt yolu seçəcək”, – mənbələrdən biri bildirib.

FİFA-nın nizamnaməsinə əsasən, növbədənkənar konqres təşkilatın Şurası tərəfindən istənilən vaxt çağırıla bilər.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər