Email 3
Türkiyədən Azərbaycana gətirilən nektarin tingində virus aşkarlanıb.
“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən nəzarət tədbirləri çərçivəsində “Aqro-Mədrəsə” ASC-nin Türkiyədən idxal etdiyi 12500 ədəd nektarin tingindən laborator müayinələrin aparılması üçün nümunələr götürülüb. Laboratoriyanın nəticələrində tinglərdə karantin tətbiq edilən Gavalının cibcibə virusu (Şarka) aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası sahibkarın müraciətinə əsasən, Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.




