Shopping cart

  • Home
  • Gündəm
  • Keniyada eboladan ilk ölüm halı qeydə alınıb
Gündəm

Keniyada eboladan ilk ölüm halı qeydə alınıb

Email 8

Keniyada ebola virusuna ilk yoluxma halı qeydə alınıb və bu, pasiyentin ölümü ilə nəticələnib. 

“Qasid Media” “Africanews”a istinadən xəbər verir ki, bu barədə Keniyanın səhiyyə naziri Eyden Duale bildirib.

“Keniyada ebola epidemiyası yoxdur. Bizdə ayrı bir yoluxma halı qeydə alınıb və pasiyentin bütün marşrutunu izləyə bilərik”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, xəstələnən şəxs Keniyaya Uqandadan keçməklə Konqodan gəlib. Nayrobiyə çatdıqdan sonra xəstəxanaya yerləşdirilib, lakin həkimlər pasiyenti xilas edə bilməyiblər.

Rəsmilər yoluxmuş şəxslə təmasda olan 57 nəfəri müəyyənləşdiriblər. Onlardan on nəfəri Nayrobidəki Milli Polis Xidməti Xəstəxanasında gündəlik tibbi nəzarət altında karantindədir. Qalan 47 nəfərin yeri isə müəyyənləşdirilir.

Ebola şübhəsi olan pasiyentlərin qəbulu üçün beş tibb müəssisəsi hazırlanıb.

Bundan əlavə, ölkədə hava limanları və sərhəd məntəqələrində sanitar nəzarət gücləndirilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər