Email 54
Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb.
“Qasid Media” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibbi yardım və jandarm qüvvələri cəlb edilib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.










