Email 11
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilər tərəfindən krallığın paytaxtı Ər-Riyad istiqamətində buraxılan iki raketi ələ keçirərək məhv edib.
“Qasid Media” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, raketlər Yəmənin “Ənsar Allah” hərəkatının nümayəndələri tərəfindən buraxılıb.
Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.










