Shopping cart

  • Home
  • Dünya
  • Suriya müharibəyə hazırlaşır? – Sərhədə qoşun göndərildi
Dünya

Suriya müharibəyə hazırlaşır? – Sərhədə qoşun göndərildi

Email 18

Suriya ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, bölmələr İraqla sərhədə göndərilir.

“Qasid Media” bildirir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən xəbər verir.

Onların məlumatına görə, ölkənin Müdafiə Nazirliyi şəxsi heyəti maksimal döyüş hazırlığı rejiminə keçirmək barədə sərəncam verib və Suriya-İraq sərhədi boyunca hərbi hissələri yerləşdirib. Bu tədbirlərin görülməsinin səbəbləri barədə məlumat verilmir.

Telekanalın məlumatına görə, bir neçə gün əvvəl Dəməşq Bağdadı Suriya-İraq sərhədi yaxınlığında İran tərəfindən dəstəklənən silahlı birləşmələrin fəallığının qeydə alınması barədə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Suriya tərəfi İraq ərazisindən ediləcək hər hansı hücuma cavab tədbirləri görüləcəyi ilə bağlı xəbərdarlıq edib, həmçinin İraq hökumətini öz ərazisindən Suriyaya qarşı əməliyyatlar üçün istifadə olunmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər