Email 23
Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qasid Media” xəbər verir ki, hadisə rayonun Böyük Həmyə kəndində qeydə alınıb.
Belə ki, kənd məktəbinin 11-ci sinfində təhsil alan Oqtay Kərimovun idarə etdiyi motosikleti yaşayış evinə çırpılıb. Hadisə nəticəsində ağır xəsarətlər alan məktəbli dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.










