Shopping cart

  • Home
  • Hadisə
  • Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
Hadisə

Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb

Email 65

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qasid Media”nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Masallı rayon sakini 1979-cu il təvəllüdlü Nəcəfov Nicat Şahbala oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində xəsarət alan Masallı rayon sakinləri – 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və 1970-ci il təvəllüdlü Müşfiq Mikayılov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, M. Mikayılov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər