Shopping cart

  • Home
  • Hadisə
  • Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb
Hadisə

Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb

Email 82

Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb.

“Qasid Media”nın xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkirdən keçən hissəsində qeydə alınıb.

Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi “KIA Sorento” markalı minik avtomobil Şəmkir rayonunun Mahmudlu kənd sakini 1981-ci il təvəllüdlü Əli Aslanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub.

Nəticədə 6 nəfər ölüb, 6 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər