Shopping cart

  • Home
  • İdman
  • Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib
İdman

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib

Email 8

Avropa çempionatına hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib.

“Qasid Media” Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, komanda ölkədə təlim-məşq toplanışında olan Latviya millisi ilə qarşılaşıb.

Hər iki oyunda Azərbaycan millisi qələbə (3:2, 3:0) qazanıb. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutmuş bu qarşılaşmaları AVF rəhbərliyi də izləyib.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv C qrupunda mübarizə aparacaq. Komanda qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər