Email 3
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.
“Qasid Media”nın məlumatına görə, kişilərdən ibarət komanda VIII turda Hindistanla üz-üzə gələcək.
Qadınlar Argentinadan olan rəqibləri ilə qarşılaşacaqlar.
Yeddi turdan sonra kişilərdən ibarət kollektiv 12 xalla 5-ci, qadınlardan ibarət milli isə 10 xalla 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.










