Shopping cart

  • Home
  • Dünya
  • “Priska” siklonu Belarusda yüzlərlə yaşayış məntəqəsini elektriksiz qoyub
Dünya

“Priska” siklonu Belarusda yüzlərlə yaşayış məntəqəsini elektriksiz qoyub

Email 31

Belarusun energetikləri “Priska” siklonunun keçməsindən sonra bərpa işlərini davam etdirirlər. Fırtınanın nəticələri ölkə daxilində yüzlərlə yaşayış məntəqəsinin enerji təchizatına təsir göstərib.

“Qasid Media” Belarusun Energetika Nazirliyinə istinadən xəbər verir ki, 22 avqusta olan məlumata görə, 659 yaşayış məntəqəsində bərpa işləri davam etdirilib.

Fırtına nəticəsində 1 876 transformator yarımstansiyası, 179 10 kV-luq elektrik xətti, 12 35 kV-luq xətt və yeddi 110 kV-luq xətt sıradan çıxıb.

Elektrik enerjisinin kəsintiləri həmçinin 31 ferma və 16 qazanxanaya təsir edib.

Siklonun nəticələrinin aradan qaldırılması üçün 315 qəza-bərpa briqadası və 427 ədəd texnika cəlb edilib. Energetiklər elektrik enerjisinin bərpasını və zədələnmiş infrastrukturu təmirini davam etdirirlər.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər