Shopping cart

  • Home
  • ABŞ
  • Pentaqon 30 müəssisəsindən Çin, Rusiya və İran strukturları ilə əlaqələri barədə hesabat tələb edib
ABŞ

Pentaqon 30 müəssisəsindən Çin, Rusiya və İran strukturları ilə əlaqələri barədə hesabat tələb edib

Email 76

ABŞ Müdafiə Nazirliyi 30 Amerika elm və təhsil müəssisəsindən Pentaqon tərəfindən qara siyahıya alınmış Rusiya, Çin və İran təşkilatları ilə əlaqələrini yoxlamağı tələb edib.

“Qasid Media” xəbər verir ki, bu barədə ABŞ hərbi departamentinin yaydığı bəyanatda bildirilib.

Amerika qurumları Pentaqon üçün narahatlıq doğuran xarici qurumlarla akademik, maliyyə və elmi əlaqələrin dərhal hərtərəfli araşdırılmasını aparmalıdır.

Gələcəkdə federal tədqiqat maliyyələşdirməsinə uyğun qalmaq üçün qurumlar xarici tərəfdaşlarla müəyyən edilmiş əməkdaşlığı nəzərdən keçirməli, ixrac nəzarətinə tabe olan həssas tədqiqat və işlərlə əlaqəli riskləri qiymətləndirməli və problemli tərəfdaşlıqlara son qoymaq da daxil olmaqla tədbirlər görməlidirlər.

Pentaqon müəssisələrdən görülən tədbirlər barədə avqustun 31-dən gec olmayaraq məlumat verməyi tələb edib. Bildiriş göndərilən Amerika müəssisələrinin siyahısı açıqlanmayıb.

Departamentdə bildirilib ki, söhbət Pentaqonun versiyasına görə, Amerika texnologiyalarının icazəsiz ötürülməsi ilə məşğul olan Rusiya, Çin və İran təşkilatları ilə əlaqələrdən gedir. Bu cür təşkilatların yenilənmiş siyahısı iyul ayında dərc olunub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər