Shopping cart

  • Home
  • Siyasət
  • Paşinyan müxalifəti hərbi müdaxilələr hazırlamaqda ittiham edib
Siyasət

Paşinyan müxalifəti hərbi müdaxilələr hazırlamaqda ittiham edib

Email 34

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, respublikanın müxalifəti sabiq prezident Robert Köçəryan və “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın timsalında ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlılarının yeridilməsini istəyir.

“Qasid Media” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə o, parlamentdə “Ermənistan” və “Güclü Ermənistan” müxalifət fraksiyalarına müraciət edərək deyib.

“Sizin məqsədiniz odur ki, KTMT sülhməramlıları Ermənistana daxil olsun. Heç bir KTMT sülhməramlısı, ümumiyyətlə, heç bir xarici sülhməramlı olmayacaq. Çünki sülh bərqərar olub, Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır”, – Paşinyan bildirib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər