Shopping cart

  • Home
  • Dünya
  • Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb
Dünya

Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb

Email 37

İl-de-Frans regionuna təhsil alan gənclərin etirazları nəticəsində təxminən 8,5 milyon avro məbləğində maddi ziyan dəyib.

“Qasid Media” xəbər verir ki, bu barədə bazar ertəsi BFMTV məlumat yayıb.

Telekanalın məlumatına görə, təkcə bazar ertəsi günü ziyan təqribən 400 min avro təşkil edib.

Həmin gün regionun təxminən 80 liseyində etiraz aksiyaları keçirilib. Ümumilikdə etiraz hərəkatı Fransanın 27 departamentini əhatə edib və 130 təhsil müəssisəsinin bağlanmasına səbəb olub.

Fransanın Milli Təhsil Nazirliyi bildirib ki, bazar ertəsi səhər baş verən iğtişaşlar zamanı təhsil sahəsinin səkkiz işçisi xəsarət alıb. Bundan əlavə, hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı etirazçılarla toqquşmalarda zərər çəkib.

Son məlumatlara görə, etirazlar başlayandan bəri Parisdə 273 nəfər, o cümlədən 188 yetkinlik yaşına çatmayan şəxs saxlanılıb

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər