Shopping cart

  • Home
  • Dünya
  • Fransada “Ostin” qasırğası səbəbindən 161 min ev işıqsız qalıb
Dünya

Fransada “Ostin” qasırğası səbəbindən 161 min ev işıqsız qalıb

Email 28

Fransada “Ostin” fırtınası səbəbindən artıq 161 min ev elektrik enerjisiz qalıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Fransa mediası paylayıcı şəbəkələrin operatoru olan “Enedis” şirkətinə istinadən məlumat yayıb.

Xüsusilə, Bretanda 128 min, Pey-de-la-Luar regionunda 19 min, Normandiyada isə 14 min ev təsərrüfatı zərər çəkib.

Bu arada, “Ostin”dən zərər çəkmiş bölgələrdə qatarların hərəkəti ciddi şəkildə pozulub. Bretanda bir çox xətlər həddindən artıq yüklənib, hərəkətin bərpası günorta saatlarından tez gözlənilmir. Normandiyada regional qatarların hərəkəti sabaha qədər dayandırılıb.

O-de-Frans regionunda da bir çox xətlərdə hərəkətdə fasilələr müşahidə olunur, İl-de-Frans regionunda isə “Transilien” xətlərində, eləcə də bir neçə RER xəttində çoxsaylı fasilələrin olacağı gözlənilir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər