Shopping cart

  • Home
  • Dünya
  • Meksika və Fransa BMT Təhlükəsizlik Şurasında veto hüququnun dayandırılmasına çağırıb
Dünya

Meksika və Fransa BMT Təhlükəsizlik Şurasında veto hüququnun dayandırılmasına çağırıb

Email 14

Meksika və Fransa kütləvi vəhşilik hallarında BMT Təhlükəsizlik Şurasında veto hüququnun tətbiqinin dayandırılmasının lehinə çıxış edib.

“Qasid Media” xəbər verir ki, bu barədə xarici siyasət idarələrinin Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində yaydığı birgə bəyanatda deyilir.

“Meksika və Fransa soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və genişmiqyaslı hərbi cinayətlər kimi kütləvi vəhşilik hallarında BMT Təhlükəsizlik Şurasında veto hüququnun tətbiqinin dayandırılması istiqamətində səylərin fəallaşmasını alqışlayır”, – bəyanatda qeyd olunub.

Müvafiq bəyannaməni Paris və Mexiko 2015-ci ildə təqdim edib. Bu günədək onu 128 dövlət dəstəkləyib.

Keçirilmiş nazirlər görüşü çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend təşəbbüsə qoşulduqlarını rəsmən elan edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər