Shopping cart

  • Home
  • İdman
  • Mahir Emrelinin çıxış etdiyi klubda yenidən baş məşqçi istefası gerçəkləşib
İdman

Mahir Emrelinin çıxış etdiyi klubda yenidən baş məşqçi istefası gerçəkləşib

Email 58

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” klubu baş məşqçisi Tomaş Kaçmareklə yollarını ayırıb.

“Qasid Media”  xəbər verir ki, bu barədə Polşa təmsilçisi məlumat yayıb.

42 yaşlı mütəxəssis sentyabrın əvvəlində bu posta təyinat alıb. Komanda onun rəhbərliyi altında 2 qələbə və 3 məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, bu, “Rakuv”da cari mövsüm növbəti baş məşqçi istefasıdır. Klub avqustun sonunda David Kroçeklə də yollarını ayırıb.

Komanda Polşa çempionatında 6 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər