Shopping cart

  • Home
  • İdman
  • Lukaku “Fənərbağça”ya keçməyə razılıq verib
İdman

Lukaku “Fənərbağça”ya keçməyə razılıq verib

Email 32

“Napoli”nin hücumçusu Romelu Lukaku “Fənərbağça”ya keçməyə razılıq verib.

“Qasid Media” xəbər verir ki, bu barədə insayder Matteo Moretto X sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, 33 yaşlı belçikalı futbolçu ilə Türkiyə klubu mümkün transferin şərtləri barədə tam razılığa gəlib. İndi “Fənərbağça” “Napoli” ilə danışıqlar aparır.

Türkiyə klubu hücumçu üçün artıq təxminən 6 milyon avro məbləğində ilk təklifini göndərib. “Napoli” isə Lukakunun transferindən təxminən 12 milyon avro əldə etməyi gözləyir.

Belçikalı futbolçunun Neapol klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Daha əvvəl Lukakunun komandanın mövsümöncəsi hazırlıq toplanışına qoşulmadığı və “Napoli”nin onu 10 milyon avroya buraxmağa hazır olduğu bildirilmişdi.

Lukaku ötən mövsüm “Napoli”nin heyətində 5 oyunda meydana çıxıb, 1 qol vurub və 1 sarı vərəqə alıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər