Shopping cart

  • Home
  • Dünya
  • Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək
Dünya

Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək

Email 9

Livan və İsrail nümayəndə heyətləri Romada (İtaliya) ABŞ-nin himayəsi altında keçirilən danışıqların yeddinci raundunun gedişində yeni qətnamənin qəbul edilməsi xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmək barədə razılığa gəlib.

“Qasid Media”  TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Qətnamə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatı başa çatdıqdan sonra Livanın cənubunda təhlükəsizliyin təmin edilməsi üçün hüquqi əsas olacaq.

“UNIFIL-in missiyası başa çatdıqdan sonrakı dövr üçün əsas kimi yeni qətnamənin qəbul edilməsi məqsədilə Təhlükəsizlik Şurasına müraciət olunmasına dair razılıq əldə edilib”, – telekanal mənbənin sözlərini sitat gətirir.

Əldə edilmiş razılaşmaların digər təfərrüatları verilmir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər