Shopping cart

  • Home
  • Hadisə
  • Kürdəmirdə evdən 7 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Hadisə

Kürdəmirdə evdən 7 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Email 24

Kürdəmir rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 7 000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Nazir Qasımov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin həmin qızılları paytaxt ərazisində yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı məntəqələrinin birində satdığı və əldə etdiyi pullarla avtomobil aldığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Qasımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər